Siyavuş Novruzov və həyat yoldaşı ilə toya gedibmiş: Cərimənin artmasını tələb edirdi...

14:55 - 21 Avqust
    19905 oxunma

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Bu gün həmin toyla bağlı daha bir video yayılıb. Videodan görünür ki, toyda yüksək vəzifəli şəxslər də iştirak edib. Videoda Ramiz Mehdiyev də yer alıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.

Yayılan bu qısa videodan görünür ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyindən də bir neçə nəfər bu məclisdə iştirak edib. Onlar arasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və onun həyat yoldaşı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova da var.

Ehtimal etmək olar ki, həmin mərasimdə daha yüksək vəzifəli şəxslər də iştirak edib.  Güman ki, yaxın günlərdə yeni görüntülər də yayılacaq daha kimlərin bu şad gündə Ramiz Mehdiyevin yanında olduğu bəlli olacaq. Bu məsələnin digər tərəfidir.

Maraqlı olan isə odur ki, ölkədə sərt karantin rejiminin tətbiq olunduğu, toyların qadağan edildiyi bir vaxtda belə bir məclis təşkil etməyin arxasında nə dayanır. Elə o məclisdə iştirak edən Siyavuş Novruzov Milli Məclis tribunasından karantin qaydalarını pozanlar haqda ən kəskin çıxış edən və cərimələrin dəfələrlə qaldırılması tələbini irəli sürən şəxsdir. 

Sual olunur. Bu halda kasıbların cərimələnməsini tələb edən Novruzovun səmimiyyətinə inanmaq mümkündürmü? Belə bir tələbi irəli sürən deputat karantin qaydasını pozaraq öz həyat yoldaşını da götürüb toy məclisinə qatılırsa, bu tapmacanın cavabı nədir?

Bizimxeber.az

 
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84