Siyavuş Novruzov da COVID-19-a yoluxub? – “Kimsə bu virusdan sığortalanmayıb”

11:36 - 23 İyun
    1350 oxunma

Milli Məclisin deputatları arasında COVID-19 infeksiyasına yoluxanların sayının artdığı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə yayılan həmin xəbərlərdə xəstəliyə yoluxan deputatlar arasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun da adı çəkilir. Buna səbəb kimi, Siyavuş Novruzovun parlamentin sonuncu iclasına qatılmaması göstərilir.

Bizimxeber.az bildirir ki, modern.az xəbəri dəqiqləşdirmək üçün YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovla əlaqə saxlayıb. 

Siyavuş Novruzov saytımıza açıqlamasında parlamentin 19 iyundakı iclasına qatılmamasının səbəbini açıqlayıb: “Keçən iclasa qatılmamağımın səbəbi vardı.  Yeni Azərbaycan Partiyasının müşavirəsi keçirildiyindən hörmətli sədr Sahibə Qafarovadan icazə almışdım. Öncədən planlaşdırmışdıq ki, deputat Kamran Bayramov qanun layihəsini sessiyanın iclasına təqdim edəcək. Bir həftə öncədən deputat Kamran Bayramova bu işi həvalə etmişdik.  O, qanun layihəsini  həm komitədə razılaşdırdı, həm də plenar iclasa təqdim etdi”. 

YAP icra katibinin müavini xəstəliyə yoluxanlar üzərində şou düzəldənlərə də səslənib: “İstənilən şəxs bu virusla qarşılaşa bilər. Kimsə bu virusdan sığortalanmayıb. Böyük Britaniyanın, Rusiyanın, Kanadanın  Baş nazirləri koronavirusa yoluxub. İranda parlamet sədrinin müavinləri, deputatlar dünyasını dəyişib. Bu xəstəlik insanları peşəyə bölmür ki! Baxmır ki sən müəllimsən, həkimsən, fəhləsən, deputatsan, fərq etməz!

Bizdə qəribə ənənə yaranıb. İnsan övladı xəstələnə də bilər, əməliyyat da oluna bilər, avtomobil qəzasına da düşə bilər. Burada nə var ki?! Xəstəlikdən şou düzəltmək yersizdir. Əgər hansısa deputatda  koronavirus aşkarlansa, bunu şouya çevirmək olmaz axı… Allah hər kəsə şəfa versin. Bu qədər insanlar virusa  yoluxur, dünyasını dəyişir… Deputat da insandır”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84