. .

Siyavuş etiraz etdi - "hərbçilərin əməkhaqqısının artımı..."

13:25 - 27 Aprel
    13887 oxunma

Deputat Siyavuş Novruzov bir sıra qurumlarda çalışan işçilərin əməkhaqqının yığılan cərimələrdən formalaşması məsələsinə etiraz edib. 

Bizimxeber.az bildirir ki, deputat deyib ki, prokurorluq orqanlarının əməkdaşlarının maaşlarının 25 faizi yığılan cərimələrdən formalaşır: “Eləcə də, digər qurumlarda da bu var.

Bildirilir ki, cərimələr onların sosial rifahına ayrılır. Onda səhiyyə, təhsil sahələri nə etməlidir? Onlar kimi cərimələməlidirlər ki, onların əmək haqqına əlavə edilsin.

Bu sistem qurumlarımız arasında ayrı-seçkilik yaradır. Kim nə qədər pul toplasa, onun əməkhaqqısına əlavə edilir. Bəs bizim ərazi bütövlüyümüzü qoruyan hərbçilərin əməkhaqqısının artımı nəyin əsasında formalaşdırılmalıdır? Ümumilikdə qərar qəbul etməliyik ki, ya hər kəsin, ya da heç kimin”.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84