“Şirvanın icra başçısı şəhid ailəsinə deyib ki, şəhidə məzar daşını biz niyə qoymalıyıq?”

18:28 - 28 Dekabr
    1650 oxunma

"Deyirik, icra başçıları şəhid ailələrini, qaziləri ziyarət etmirlər. Deyirlər ki, filan icra başçısı gedib. Nə vaxt gedib, kimə yardım edib? Doğrudur, işləyən icra başçıları da var. Amma biz işləməyənlərin adlarını çəkməliyik”.

Bizimxeber.az-ın xəbərinə görə, bunu AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

"Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailəsinə deyib ki, dövlət pul verib, məzar daşını həmin pula hazırlatdırın, biz niyə qoymalıyıq?! Belə icra başçısının qulağından tutub DTX-nin zirzəmisinə salmaq haqqdır, haqq deyil?

Sən şəhid ailəsinə bunu necə deyə bilərsən?! Bunu deyən icra başçısı təxribatla məşğul olur. Bunlar kimə arxayındırlar? Düşünürdük ki, "beşinci kolon” zəifləyib, amma elə deyil. Binəqədi rayonunda da bu cür hallar baş verir. İcra başçısı şəhid ailələrini, qaziləri ziyarət etmir, problemləri ilə maraqlanmır” – T.Abbaslı bildirib./Pravda.az/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84