"Sinəm özü belədir, əməliyyat etdirməmişəm" - Mina Hüseyn

14:13 - 21 May
    1845 oxunma

Müğənni Mina Hüseyn açıq-saçıq geyimlərindən və verdiyi pozlardan danışıb:"Bütün dünyada açıq geyinənlər tənqid olunur da, sevilir də. Məsələn, Cenifer Lopez, Beyons. Uşaqlıqdan onları bəyəndiyim üçün özümü belə obrazda görürəm. Yəni ki, burada ayıb bir şey görmürəm".

Müğənni açıq-saçıqlığın və cəsarət tələb edən geyimlərin səhnə imici olduğunu dilə gətirib: "Kameraya görə hər şey etmək olar. Amma gündəlik həyatda, əlbəttə, Mina papaq taxır, bağlı geyinir. Səhnə üçün belə olmaq normaldır".

Mina onu tənqid edənlərə də cavab verib: "Düşünürəm ki, onlar tənqid yazmaqla bizi gündəmə gətirirlər. Mənə abırsız deyirlərsə, abır geyimlə ölçülmür. Abırsız onların özləridir".

İfaçı bədənində estetik əməliyyatın olmadığını da qeyd edib: "Heç bir estetik əməliyyat etdirməmişəm. Nə sinəmdə, nə bədənimdə, nə də burnumda. Bunu həkim yanına gedib sübut da edə bilərəm. Amma necə, bilmirəm. Hər şey özümündür".

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84