.
.

Şimali Koreya bir aydır Baydenə cavab belə vermir - Reuters

14:04 - 14 Mart
    10680 oxunma


"ABŞ prezidenti Coo Bayden bir aydır Şimali Koreya ilə əlaqə qurmağa çalışır, lakin hələ bir cavab yoxdur".

Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" mənbələrə istinadən xəbər verib.

"Reuters" yazır ki, Bayden administrasiyası bir ildən çoxdur ki, ABŞ ilə Şimali Koreya arasında aktiv dialoq olmadığına görə müxtəlif diplomatik kanallarla Şimali Koreya nümayəndələri ilə əlaqə qurmağa çalışır: "Vaşinqton KXDR hökuməti ilə əlaqə qurmağa cəhd edir, lakin Pxenyandan hələ ki, bir cavab yoxdur. Çünki ABŞ-ın keçmiş prezidenti Donald Trampın səyləri Şimali Koreyanı nüvə silahından imtina etməyə inandırmadı".

Yeri gəlmişkən, 2020-ci ilin oktyabrında ABŞ-da prezidentlik debatı zamanı Donald Tramp Amerikanın Şimali Koreya ilə yaxşı münasibətləri olduğunu söyləmişdi. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84