Silahlı dəstə yaxalandı

10:51 - 22 May
    500 oxunma

Bakıda quldurluq hadisəsi baş verib. Hadisə mayın 20-si saat 23 radələrində paytaxtın Nizami rayonu, Babək prospektində qeydə alınıb.

Belə ki, naməlum şəxslər Bakı şəhər sakini R.İskəndərovun 650 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. 

Bu zaman ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyü əməkdaşlarının çevikliyi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1991-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-c il təvəllüdlü Rahil Həsənov müəyyən olanaraq saxlanılıblar.

Davam etdirilən tədbirlərlə R.Mirzəyevin idarə etdiyi "Hyundai" markalı avtomobilə baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, balta, 16 çaplı qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84