Seyran Ohanyan: “Şuşanın süqutu müəmmadır, mən orada idim…” - VİDEO

15:10 - 26 Yanvar
    8240 oxunma


"Şuşadakı hərbi əməliyyatlar ümumi müdafiə əməliyyatlarının müəyyən hissələri kontekstində dəyərləndirilməlidir, çünki azərbaycanlılar Şuşaya elə-belə çatmayıblar. Oraya gedən yolda Horadiz, Hadrut, Cəbrayıl, Daşaltı və Qırmızı bazarın müxtəlif bölgələrində hərbi əməliyyatlar həyata keçirildi”.

Bu sözləri Ermənistanın ilk Müdafiə naziri general-polkovnik Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun Şuşaya çatmasının əsas səbəbi erməni tərəfinin düzgün nəzarət tədbirləri görməməsi idi: "Düşmənin axtarılması, onlara zərbə endirilməsi və hava hücumundan müdafiə üçün komanda məntəqəsi yaradılmalı idi. Lakin yaradılmadı. Azərbaycanlılar dağlıq ərazilərdən Şuşaya daxil olmağı bacardılar.

Mən orada idim, konüllü olaraq müdafiə tədbirlərinə yardım edirdim. Amma şəhərin süqutunun tam olaraq necə baş verdiyini dəqiq bilmirəm, çünki noyabrın 6-sı səhər saatlarında komanda məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı əmr aldıqdan sonra oranı tərk etdim. Şuşanın süqutu tamamilə müəmmadır və dərindən araşdırılmalıdır”, – Ohanyan əlavə edib. //qazet.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84