Səudiyyə Ərəbistanı və Myanma "Utanc siyahısı”na daxil edilsin - TƏLƏB

12:22 - 23 İyun
    1200 oxunma

24 qeyri-kommersiya təşkilatları (QHT-lər), o cümlədən Huyman Rayts Votç və Beynəlxalq Amnistiya qurumları Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.

Bizimxeber.az “TRT haber”ə istinadən xəbər verir ki, müraciətdə Səudiyyə Ərəbistanı və Myanma ordusunun  yenidən "utanc siyahısına" əlavə edilməsi tələb olunub.

Məlumata əsasən,  24 hüquq müdafiə təşkilatı və QHT-nin birgə bəyanatında BMT-nin Baş katibi Antonio Quterresdən, Yəməndə uşaqların həlak olmasında ittiham edilən  Səudiyyə Ərəbistanını və uşaqlardan istifadə edən Myanma ordusunu "qara siyahı"dan çıxarılması məyusluğu ifadə edilib.

Bəyanatda təşkilatlar, Səudiyyə Ərəbistanının Yəməndə keçən il 222 uşağın əlilliyinə görə məsuliyyət daşıdığını, Myanma ordusunun isə 200-dən artıq uşaqdan əsgər kimi istifadə etməsinə baxmayaraq, BMT-nin bu ölkələri “utanc siyahısı”ndan çıxarıldığını bəyan edən Quterresə, Səudiyyə Ərəbistanı və Myanma ordusunu yenidən "utanc siyahısına"əlavə etməyə çağırıb.
 

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84