Sərt karantində it gəzdirmək olar?

12:44 - 12 Dekabr
    1550 oxunma

Daxili İşlər Nazirliyi sərt karantin rejimi zamanı itlərin gəzdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, sərt karantin rejimində vətəndaşların aldıqları icazə müddəti ərzində itlərini gəzdirməsinə icazə var:  “Ev heyvanlarından itlərin gəzdirilməsi üçün əlavə icazə almağa ehtiyac yoxdur.

Ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsilə evdən çıxmaq icazəsi almış şəxslər üç saat müddətində həm də itlərini gəzdirə bilərlər”.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84