Sərt karantin rejimi nə zaman bitəcək?

11:31 - 09 Yanvar
    1170 oxunma

Azərbaycanda koronvirusa yoluxanların sayı günbəgün azalmaqda davam edir. Gündəlik yoluxanların sayındakı azalma sərt krantin rejimində yumşalmalara gedilməsi ilə bağlı fikirlər ortaya çıxarır.

Hətta yanvarın 18-dən sonra yumşalmaların olacağı ilə bağlı fikir səsləndirənlər də az deyil. Bəs, həqiqətən, yanvarın 18-dən sonra Azərbaycanda sərt karantin rejimində yumşalmalar olacaqmı?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: "Hazırda yanvarın 18-nə kimi ölkədə sərt karantin rejimi tətbiq edilir. Sərt karantin rejimi ilə bağlı hər hansı məlumat çıxarsa, tərəfimizdən bu barədə ictimaiyyətə məlumat veriləcək".

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84