Serj Sarksiyan aktiv siyasətə qayıdır

17:05 - 12 Fevral
    10680 oxunma

“Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan çox əvvəl danışmalı idi. Ancaq müharibədən sonra şəxsi faciə yaşaması, habelə koronavirusa yoluxması müsahibələrini təxirə salınmasına səbəb oldu”. Bu sözləri Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

Şarmazanov əlavə edib ki, yaxın gələcəkdə Sarkisyan əsasən Qarabağ məsələsi ilə bağlı danışacaq: “Bu müsahibələrin dövri olacağını istisna etmirəm. Düşünürəm ki, hər üç sabiq prezidentimiz, keçmiş baş nazirlər, müdafiə nazirlərimiz, müstəqil Ermənistanın və “Qarabağın” yaradılmasında əməyi olan bütün insanlar bu milli mübarizədən kənarda qala bilməzlər. Respublika Partiyası bu mübarizədə partiya mənafelərini kənara qoyub, mübarizə aparır və sona qədər də mübarizə aparacaq. Bütün bunları prezidentimizin rəhbərliyi altında edirik”.

Qeyd edək ki, bundan əvvəl S. Sarksiyan Yerevanın Azadlıq meydanındakı etiraz aksiyasında iştirak edib. Görünən budur ki, Robert Köçəryanın fəallaşmasından sonra Serj Sarksiyan da fəallaşmaq qərarı verib. Ermənistanda erməni xalqına fəlakətlər yaşadan bir qrup siyasətçi deyəsən, hakimiyyət dəyişikliyi qoxusunu hiss etməyə başlayıblar. (Reyting.az)

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84