Sərhəddən minlərlə telefon keçirmək istədilər - Foto

14:11 - 19 Avqust
    3865 oxunma

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyat hissələrinin və telefon aksessuarlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bizimxeber.az bildirir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, “Qara metallardan metal konstruksiyalar və onların hissələri” və “Qara metallardan qolf meydançaları üçün hissələr” kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib.

Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyat hissələri və 2400 ədəd telefon aksessuarları aşkar edilib.

Sərhəddən minlərlə telefon keçirmək istədilər - Foto

Sərhəddən minlərlə telefon keçirmək istədilər - Foto
Sərhəddən minlərlə telefon keçirmək istədilər - Foto
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84