Sergey Lavrov : “Ermənistan-Rusiya hərbi əməkdaşlığı kifayət qədər sıxdır” 

16:22 - 27 May
    1165 oxunma

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq kifayət qədər sıxdır. 


Bizimxeber.az " Regionmonitor " a istinadən verdiyi məlumata görə, bu barədə Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.


"Biz münasibətləri müttəfiq münasibətlər kimi qiymətləndiririk. Bu, həm KTMT çərçivəsində münasibətlərə, həm də ikitərəfli münasibətlərimizə aiddir. Hərbi əməkdaşlıq kifayət qədər sıxdır", - deyə Lavrov bildirib.

Rusiyanın xarici işlər naziri əlavə edib ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir.

"Ermənistan Respublikasına hərbi-texniki əməkdaşlığa, hərbi-texniki yardıma gəldikdə, burada da kifayət qədər sıx və səmərəli iş aparılır", - deyə nazir qeyd edib.

Sergey Lavrov qeyd edib ki, bu iş daim aparılır, gündəlik və peşəkarcasına işdir və bununla bağlı heç bir sual yaranmır.

Qeyd edək ki, mayın 26-da videobağlantı formatında KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Görüşdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da iştirak edib və nitq söyləyib.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84