Sərdar Ortaç: “Erməni xalqının rəhbəri ruhi xəstədir”

14:52 - 20 Oktyabr
    2140 oxunma

Türkiyəli məşhur pop müğənni Sərdar Ortaç Ermənistan silahlı qüvvələrinin Azərbaycanda dinc əhalini hədəf almasına sərt reaksiya verib.

Bu barədə “Hürriyet” xəbər yayır. “Mənim erməni xalqına bir sözüm yoxdu, amma rəhbəri ruhi xəstədir”, - deyə Ortaç qeyd edib. O, bildirib ki, müharibə hərbi qaydalara uyğun aparılmalıdır. Ermənistan isə buna əməl etmir və törətdiyi əməllərə görə ikiqat cavab verəcək.

Ortaç Azərbaycan Ordusunun mübarizə aparmaq üçün kifayət qədər gücünün olduğunu, bunun üçün başqalarına ehtiyac duymadığını da əlavə edib.

Bizimxeber.az 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84