Serbiya səfirliyi silah məsələsi ilə bağlı açıqlama yaydı

16:50 - 21 İyul
    3180 oxunma

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyi açıqlama yayıb. 

Bizimxeber.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında tərəfimizdən dərhal Serbiya Prezidentinin Amdministrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilmiş və intensiv görüşlər keçirilməkdədir.

Məsələ ilə bağlı Serbiyanın  Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmış və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb. Hal-hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84