Serbiya Azərbaycana olan borcunu vaxtından əvvəl ödədi

15:03 - 12 Yanvar
    1730 oxunma

Serbiya hökuməti “11-ci Dəhliz” magistralının Liq-Prelina hissənin tikintisi üçün Azərbaycandan cəlb etdiyi 300 mln. avroluq kredit üzrə qalan 172,7 mln. avro borcunu vaxtından əvvəl ödəyərək krediti bağlayıb.

Bizimxeber.az xarici KİV-lərinə istinadən bildirir ki, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.

Serbiya hökuməti krediti tam ödəmək üçün özünün “Komercijalna Banka”da olan 83,23% payını Sloveniyanın “Nova Ljubljanska Bank”ına 394,7 mln. avroya satıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç keçən ilin dekabr ayında borcun qaytarılmasının dövlət borcunun ÜDM-ə nisbətini 0,42 faiz bəndi yüzdə 58,5-ə endirəcəyini söyləmişdi.

Qeyd edək ki, Serbiya və Monteneqro arasında “11-ci Dəhliz” magistralının Liq-Prelina hissənin tikintisi ücün 2012-ci ildə Azərbaycan Serbiyaya qarşılıqlı sərfəli şərtlərlə və dövlət zəmanəti ilə verilən ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə 300 mln. avro məbləğində kredit ayırmışdı. Layihənin baş podratçısı qismində Azərbaycanın “Azvirt” şirkəti çıxış edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84