. .

Separatçılar rus dilini Qarabağda ikinci rəsmi dil elan etdilər - Dava düşdü

17:47 - 25 Mart
    8050 oxunma

Ağır məğlubiyyətlərinə rəğmən hələ də Qarabağ deyən separatçıların qondarma parlamenti rus dilini Qarabağda ikinci dil elan edib.

Bizimxeber.az "Sputnik Armeni"ya istinadən xəbər verir ki, separatçılar 27 səslə rus dili haqqında "qanun" qəbul ediblər.

Müzakirələr zamanı ciddi problem yaranıb, hətta dava düşüb. Belə ki, bəziləri "rəsmi dil ermənidir, ancaq rusca da istifadə edilə bilər" ifadəsini təklif etsələr də, Arutyunyan və onun tərəfdarları "rəsmi dil erməni olsa da, rus dili də rəsmi dil hesab olunmalıdır" kimi fikirlər səsləndiriblər. 

Müzakirələrdə iştirak edənlərin əksəriyyəti separatçıların başçısı Arutyunyanın sözünü yarımçıq qoyublar və səsvermədə iştirak etməyəcəklərini bildiriblər. Zalda dava düşüb və Arutyunyan müzakirələri tərk edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84