Şengen zonasında sərhədlər bağlanır?

21:15 - 27 İyun
    1300 oxunma

COVİD-19 pandemiyasının ikinci dalğası Avropa İttifaqı (Aİ) və Şengen zonası daxilində sərhədlərin yenidən bağlanmasına səbəb ola bilər.

Bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas DPA agentliyinə verdiyi müsahibəsində bildirib.

Nazir deyib: "Aİ-nin bir bölgəsində digərlərinə nisbətən daha çox yoluxma sayı olduğu halda sərhədlərin yenidən bağlanmasının məcbur olacağı istisna edilmir".

Mart ayının ortalarında Avropa ölkələri birtərəfli qaydada turist səfərlərini qadağan etdi. H.Maasın sözlərinə görə, pandemiyanın ikinci dalğası vəziyyətində Aİ-də belə bir qərar kollegial şəkildə qəbul ediləcəkdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84