“Şənbə-bazar polis postlarının sayı daha da artacaq”

15:48 - 10 İyul
    1280 oxunma

Xəbər verdiyimiz kimi, paytaxtın bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib. AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında reportaj yayımlanıb. 

Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli bildirib ki, bu cür postlar şənbə və bazar günləri daha çox olacaq: “Sürücülər şəhərin istənilən küçələrində bu cür mobil postları görəcəklər. Məqsədimiz icazə sistemində olan şəxsləri müəyyənləşdirməkdir.

Həftəsonları qeyri-iş günləri olduğu üçün biz sürücülərin hərəkətdə olmamasını məsləhət görürük. Şəhər daxilində, o cümlədən şəhərdən kənara çıxma hallarının qarşısı polis tərəfindən alınacaq. Ona görə də həftəsonları üçün xüsusi istirahət proqramı hazırlamamağı vətəndaşlara məsləhət görürük”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84