.
.

Sənaye istehsalı azalıb - Sahələr üzrə statistika

13:23 - 10 Mart
    7800 oxunma


Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 7,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% az sənaye məhsulu istehsal ediib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,1% artıb.

Sənaye məhsulunun 64,1%-i mədənçıxarma sektorunda, 29,1%-i emal sektorunda, 6,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,6% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,3%, kağız və karton istehsalı 26,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 26,5%, tikinti materiallarının istehsalı 13,2%, kimya sənayesi məhsullarının istehsalı 6,5%, elektrik avadanlıqlarının istehsalı 6,2%, qida məhsullarının istehsalı 2,5% artıb, geyim istehsalı 4%, metallurgiya sənayesi məhsullarının istehsalı 6,1%, neft məhsullarının istehsalı 17,9%, içkilərin istehsalı 18,6%, hazır metal məmulatlarının istehsalı 20,2%, mebel istehsalı 59,6%, poliqrafiya məhsullarının istehsalı 67,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 74,3%, sair nəqliyyat vasitələrinin istehsalı 95,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,6% azalıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84