Semyon Peqov Qarabağdan qaçdı

12:51 - 20 Oktyabr
    1160 oxunma

Qarabağda döyüşlər şiddətlənən günlərdən etibarən cəbhədən təxribat xarakterli məlumatlar yayan, ​“WarGonzo”nun jurnalisti Semyon Peqovun Qarabağı tərk etdiyi məlum olub. 

Jurnalist bu barədə “Wargonzo”nun Teleqram kanalında məlumat verib. O, hazırda Rusiyanın Xabarovsk vilayətində olduğunu bildirib. 

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84