. .

Şəmkirdə qohumunu güllələyən şəxs saxlanıldı

18:27 - 10 May
    2041 oxunma


Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olub. M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84