Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu- SON DƏQİQƏ

00:10 - 21 Sentyabr
    8980 oxunma

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib. Bu barədə Musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi  eşidilib. Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.

Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb. Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84