Səlim Müslümov həbs edildi

11:37 - 03 Fevral
    10720 oxunma

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib. Bizimxeber.az bildirir ki, keçmiş məmur hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə saxlanılıb.

Qeyd edək ki, Səlim Müslümov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. S. Müslümov DGK-nin sədri olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib.

Həbs xəbərini S.Müslümovun yaxınları təsdiqləyiblər. /unikal.az/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84