“Səlahiyyətlərimin bölüşdürülməsinə hazıram” – Lukaşenkodan son akkordlar

16:00 - 17 Avqust
    1750 oxunma

Belarus Prezidenti Aleksabdr Lukaşenko hakimiyyət bölgüsünə hazır olduğunu bəyan edib. Rusiya KİV-inə istinadən xəbər verir ki, Belarus Prezidenti konstitusiyanın üçüncü variantının hazırlanmasının üzərində iş getdiyini bildirib.

Aleksandr Lukaşenkonun sözlərinə görə, ona konstitusiyanın iki variantı təqdim edilib. Lakin o hər iki variantı rədd edib. “Hər ikisi hazırkı konstitusiyadan az fərqlənirdi, qəbul etmədim. Gəlin, oturun, konstitusiya üzərində çalışaq”, – deyə Belarus Prezidenti əlavə edib.

O əlavə edib ki, yeni konstitusiyaya hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı maddə əlavə edilə bilər. “Mən səlahiyyətlərimin bölüşdürülmsinə hazıram. Lakin təzyiq və ya küçə yolu ilə yox”, - deyə Aleksandr Lukaşenko vurğulayıb. /Yenisabah/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84