"Şəkər" koronavirusdan ölüm riskini iki qat artırır

09:44 - 11 İyul
    1285 oxunma

Yeni növ koronavirus (COVID-19) infeksiyasının daha bir qorxunc xüsusiyyəti müəyyən edilib.

Bizimxeber.az ” RİA “Novosti”yə istinadən xəbər verir ki, Xuaçjun Elmi-Texnologiya Universitetinin professoru  Yan Çzinin rəhbərliyi altında həkimlər 24 yanvar və 10 fevral tarixləri arasında Uhan xəstəxanalarına qəbul edilən 600-dən çox xəstənin məlumatlarını təhlil ediblər.

Çinli həkimləri müəyyən edib ki,  yeni koronavirus qanda şəkəri yüksək olan xəstələrin ölüm riskini iki qat artırır. Hətta xəstə şəkərli diabetdən və ya piylənmədən əziyyət çəkməsə belə infeksiya pasiyentin ölümünə səbəb ola bilər.

Həkimlər bildirir ki, koronavirus infeksiyası olan bir pasiyent xəstəxanaya daxil olan zaman öncə qanda şəkərin miqdarı ölçülməlidir.

 Onların nəticələri "Diabetologia" elmi jurnalı tərəfindən yayımlanıb.

Koronavirus (COVID-19) pandemiyası zamanı ürək, qan-damar sistemi xəstəliklərindən sonra şəkərli diabet xəstəliyi olanlar ikinci böyük risk qrupuna daxildirlər. Xüsusilə xəstəlikdən 10 ildən artıq əziyyət çəkənlər, yaşı 45-i adlayanlar, diabet ağırlaşması və piylənməsi olanlar, eləcə də siqaret çəkənlər daha yüksək risk qrupuna daxildirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84