“Şəhidlərin ailəsi bizdən dayanmamağı xahiş edir”

13:56 - 09 Noyabr
    1410 oxunma

“Bizim itkilərimiz Ermənistanınkından xeyli aşağıdır”.

Bizimxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “BBC News”a müsahibəsində "Siz hərbçilər arasında itkiləri qeyd etdiniz. Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?" sualını cavablandırarkən deyib.

"Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danışa bilmərik. Hər bir insanın həyatı qiymətsizdir.

akin bizim itkilərimiz Ermənistanınkından xeyli aşağıdır. Çünki bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi.

Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq, əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb",-deyə dövlət başçısı əlavə edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84