Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanıldı
-
2300 oxunma

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanında hazırlıq işləri aparılır.
Bizimxeber.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft- dizaynerlər cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84