. .

Şəhid olmuş hərbi qulluqçusu dəfn edilib

11:01 - 26 Aprel
    6363 oxunma

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu dəfn edilib. Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Hüsyn Rasim oğlunun nəşi böyüyüb başa çatdığı Sabunçu rayonu, Nardaran qəsəbəsinə gətirilərək torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində şəhidin yaxınları, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Allah rəhmət eləsin!

09.58

Ötən gün şəhid olan hərbi qulluqçumuz Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və şəhidin yaxınları iştirak edir. Şəhidimiz Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.

 

08:58 

 

Vətən müharibəsində ağır yaralanan hərbçimiz dünyasını dəyişib.

 

Qaynarinfo xəbər verir ki, Azərbaycan ordusunun əsgəri, Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi sakini Hüseyn Xəlilov dünən vəfat edib.

 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84