Şəhid Nazim İsmayılovun anasına vədi - Video

23:10 - 27 İyul
    2605 oxunma

“Deyirdi, ay ana, sən görəcəksən, mənim adım həmişə uca olacaq. Mən Mübariz kimi olacam, onun yolu ilə gedəcəm”.

Bizimxeber.az xəbər verir ki, bu sözləri iyulun 16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 24 yaşlı Nazim İsmayılovun anası Sevda İsmayılova AzTV-yə müsahibəsində danışıb.

Nazimin atası Əfqan İsmayılovun sözlərinə görə, oğlu ordu sıralarına könüllü olaraq getmişdi:

“Şəhid olmazdan bir gün qabaq mənə zəng vurub dedi ki, nigaran qalmayın”.

Qeyd edək ki, şəhidin qardaşı İsmayıl İsmayılzadə də hazırda hərbi xidmətdədir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84