Şəhid mayorun ailəsinə İH başçısı ev tikdirib, yoxsa?.. - Qohumu

16:54 - 06 Avqust
    5490 oxunma

"Ev tikili idi, İcra Hakimiyyəti sadəcə təmirinə kömək edir”.

Bunu  açıqlamasında Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsindən sosial şəbəkədə "İcra hakimiyyəti şəhid mayorun ailəsinə ev tikdirir” məlumatına münasibət bildirərkən deyib. Ailədən deyilənlərə görə, sözügedən evin bünövrəsi iki il bundan öncə qoyulub: "Evi özləri tikib, amma yarımçıq idi, tam hazır deyildi. Təmirə başlayacaydı ki, bu hadisə oldu. Evi tikmək üçün kredit götürmüşdü. Kreditin də çox hissəsi ödənilmişdi, cüzi hissəsi qalmışdı. Evin isə bünövrəsi iki il əvvəl qoyulmuşdu. Yavaş-yavaş tikirdi. Bu il də hazır edib köçmək istəyirdi, o da qismət olmadı”.

Qeyd edək ki, sosial şəbəkədə Qazax rayon İcra Hakimiyyəti Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsi üçün yeni ev tikdirməsi ilə bağlı məlumat yayılıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84