Şəhid generalın büstü hazırlanır – FOTO

12:03 - 21 İyul
    1960 oxunma

Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun büstü hazırlanır.  Bizimxeber.az azvision.az-a istindən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Belə ki, Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı qısa müddət ərzində şəhid generalın büstünü hazırlayıb. Hazırda son tamamlanma işləri aparılır.

Bizimxeber.az bildirir ki, "Vətən oğulları" Cəmiyyətinin ehtiyyatda olan zabitləri, Polad Həşimovla çiyin-çiyinə döyüşən zabitlər gənc heykəltaraşa təşəkkür ediblər. Amma büstdə müəyyən dəyişiklik edilməsinin vacib olduğunu bildiriblər: "Polad Həşimovun rütbəsi general-mayor olub. Amma büstdəki paqonlar polkovnik rütbəsi kimi hazırlanıb. Gənc vətənpərvər heykəltaraşa münnətdarlığımızı bldiririk. Xahiş edirik ki, Polad Həşimovun general-mayor rütbəsindəki fotolarından yararlansın".

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84