Şəhid generalın adı metro stansiyasına veriləcək? – RƏSMİ AÇIQLAMA

11:57 - 21 İyul
    1610 oxunma

Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin, xüsusən də general Polad Həşimovun adının əbədiləşdirilməsi istiqamətində geniş müzakirələr gedir. Deputat və xalq artistlərindən tutumuş, sadə vətəndaşa kimi bir çoxları yeni açılacaq metro stansiyaya şəhid generalın adının verilməsini təklif edirlər.

Azərbaycanın xalq artisti Afaq Bəşirqızı da açıqlamasında bildirib ki, generalın adını əbədiləşdirmək üçün küçə, yeni açılacaq metro stansiya, gəmilərdən birinə onun adı verilə bilər. Hələlik bu istiqamətdə qərar verilməsə də, generalın adını daşıyacaq məkanın hara olacağı maraqla gözlənilir.

Yeni açılacaq stansiyaya şəhid generalın adının veriləcəyini dəqiqləşdirmək məqsədilə Nazirlər Kabinetinə müraciət etdik. qurumun Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Baku.ws-ə bildirdi ki, bu barədə hansısa məsələ müzakirə edilməyib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84