Şəhid analarını təhqir edən Fuad Muradova erməni görün nə yazdı

10:36 - 03 İyun
    1485 oxunma

Hokm.az xəbər verir ki, son günlər məlum olduğu kimi özünü "Milli Fədailər təşkilatı” nın başçısı adlandıran, iqtidar – müxalifət arasında təxribat xarakterli, qızışdırıcı, nifaq salıcı əməlləri, çıxışları ilə yadda qalan Qazaxlı Alik kimi tanınan, haqqında ictimaiyyətdə birmənalı fikir mövcud olmayan Qarabağ veteranının1989 cu il təvəllüdlü oğlu Muradov Fuad Alik oğlunun sosial şəbəkə hesabında şəhid analarını ağır şəkildə təhqir etməsinə qarşı böyük narazılıq hökm sürməkdədir.

Belə ki, şəhid anaları haqlı olaraq ona öz etirazlarını ifadə edir, hətta Muradov Fuadın qardaşı Rəhman Muradov da ölkə rəhbərliyinə müraciət edərək qardaşı haqda tədbir görülməsini xahiş edib. Onun məhz HİLAL İctimai Birliyinin sədri Arzuman Abdulkərimovun öyrətməsi ilə bu işləri gördüyünü qeyd edib. Ən təəccüblüsü isə odur ki, bu şəxsi sosial şəbəkədə mənfur düşmənimiz olan ermənilər də dəstəkləyir.

Hamlet Manukyan adlı erməni Fuadın canlı çıxışı zamanı belə bir rəy yazıb: "Salam qardaş. Mən başa düşdüm ki ,siz hörmatli dostumuz Alikin oğlusunuz.Sizin ataniz 2 qonşu xalqlar üçün çox şey edib”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84