Şəhid ailəsindən rüşvət alan icra başçısı haqda daha bir sensasion xəbər

13:54 - 09 Dekabr
    1490 oxunma

Dünən vəzifəsindən azad edilən Cəlilabadın icra başçısı Namiq Zeynalov və daha bir neçə nəfərin saxlanılması barədə xəbər yayılıb. Namiq Zeynalovun əməlləri barədə  bəzi faktlar barədə məlumatlar mediada yayılıb.

Bu yazıda isə Namiq Zeynalovun yerli iş adamından  rayonun abadlıq-quruculuq  adı ilə 140 min manat vəsaiti necə mənimsədiyi  barədə  faktlardan danışacağıq. İlk olaraq onu qeyd edək ki, yerli iş adamı Alış Qulam oğlu Əliyev  bundan öncə də rayonun  abadlıq-quruculuq  işlərində  fəal iştirak edib.

2018-ci ildə Namiq Zeyanlov  bu rayona İcra başçısı təyin olunduqdan sonra da iş adamı Alış Əliyev  rayonun sosial-iqtisadi inkişafına və abadlıq-quruculuq işlərinə öz təhfəsini verib.  İş adamı yeni Ələt-Astara "İpək yolu”  fəaliyyət göstərdiyindən  Cəlilabad  şəhər mərkəzinə yeni yol çəkdirir. 11 km-lik bu yol Novoqolovka kəndi ərazisindən  rayon mərkəzinə gedir.  Cəlilabad  rayonuna gedən şəxslər artıq bu 11 km-lik yolun hər iki istiqamətində  zövq oxşayan abadlıq işlərini gözləri ilə görüb. Qeyd edək ki, yolun tikintisində 45 nəfər insan çalışıb.  İş adamı öz vəsaiti hesabına bu işləri görüb.

Cəlilabad RİH başçısı Namiq Zeynalovla razılıq da belə olub ki,  rayon büdcəsində vəsait olmadığından iş adamı bu işləri görəcək və  yekunda  sərf olunacaq vəsait  iş adamına qaytarılacaq. Elə də olur. İş adamı Alış Əliyev qısa zamanda  nəzərdə tutulan ərazidə  abadlıq-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirir.  İş görülüb qurtardıqdan bir müddət sonra isə iş adamı razılaşmaya əsasən  xərclədiyi vəsaitin geri qaytarılmasını istəyir. Və problem də bundan sonra başlayır.

İş adamı ilə Namiq Zeynalov dəfələrlə görüşüb  pulunu tələb etsə də, İcra başçısı müxtəlif bəhanələr gətirərək, pulu qaytarmaq istəmir və möhlət istəyir.

Bu proses nə az, nə çox düz iki il davam edir.  Hətta İcra başçısının müavinləri və digər qurumların rəhbərləri Namiq Zeynalova iş adamlaırnın haqqını geri qaytarmağı təklif edirlər, ancaq bu şəxs onları da eşitmir. Nəticədə pulunu geri ala bilməyən iş adamı məcburiyyət qarşısında  daha yüksək instansiyalara müraciət etməli olur. O həm şifahi, həm də yazılı şəkildə  müraciətini müvafiq dövlət qurumlarına edir. O hətta Mili Məclis Sədrinə, Prezident Administrasiyasına, Prokurorluğa rəsmi müraciət edir.  

Bu işdən hətta Prezident köməkçisi Kərəm Həsənov da xəbərdar olur və RİH başçısından iş adamlarına qarşı belə yarıtmaz hərəkətlərinə son qoymağı və aldığı vəsaitləri geri qaytarmağı tələb edir. Ancaq Namiq Zeynalov onu da eşitmir. Hər dəfə möhlət istəyir və  aldığı pulları qaytarmamaq üçün bir bəhanə axtarıb.

İşa damı Alış Əliyev onu da bildirib ki, gördüyü işlər barədə həm şahidləri var, həm də görülən işlər sənədləşdirilib.

Əldə etdiyimiz məlumata görə, Namiq Zeynalov Alış Əliyevdən başqa daha bir neçə iş adamından müxtəlif adlarla  külli miqdarda pul alıb və geri qaytarmayıb.  O hardasa digər iş adamlarında yüz min manatdan artıq vəsaitini mənimsəyib və geri qaytarmayıb. /Ölkə.az/

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84