Şəhid ailələrinə və müharibə əlillərinə evlər növbəti həftələrdən veriləcək

12:03 - 18 Yanvar
    4600 oxunma


“Növbəti həftələr ərzində məcburi köçkünlər üçün tikilmiş mənzillər şəhid ailələri və müharibə əlillərinə veriləcək”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. O qeyd edib ki, son həftələr ərzində Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ilə bağlı yeni bir tapşırıq verilib: “Məcburi köçkünlər “Böyük qayıdış” konsepsiyası çərçivəsində doğma torpaqlarına qayıdacaqlar.

İndiyədək Bakıətrafı rayonlarda, Sumqayıtda məcburi köçkünlər üçün tikilmiş 4700 mənzil ƏƏSMN-nin balansına veriləcək. Bu da şəhid ailələrinin və müharibə əlillərinin ev problemini daha tez şəkildə həll etməyə imkan yaradacaq.

Hazırda nazirliklə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında hüquqi sənədlər, mənzillərin balansa götürülməsi və sair işlər gedir. Gələn həftələrdə aktiv şəkildə bu mənzillərin verilməsinin şahidi olacağıq”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84