Səfərbərlik üzrə hərbi xidmətə çağırılanlar nə vaxt tərxis ediləcək?
-
960 oxunma

Müdafiə Nazirliyi səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda tərxis ediləcəyini açıqlayıb.
Nazirliyin “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir: “Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu tərəfimizdən anlayışla qəbul olunur.Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən
onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84