Səfər Mehdiyevin xalası oğlunun dəri biznesi - Milyonlar necə qazanılır?

11:49 - 25 Yanvar
    5560 oxunma


Loading...

Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi hara baxır?

Yəqin ki, Vüsal Nuriyevi tanımayan yoxdur və bu zat "Qırmızı Körpü” keçid məntəqəsinin rəisi təyin olunduqdan sonra, təkcə iş adamalarına deyil, eyni zamanda sadə vətəndaşlara qarşı da amansızlığı ilə ad çıxarıb. 

Veteninfo.az bildirir ki, bunun da səbəbi arxalandığı və ona belə misli-bərabəri olmayan səlahiyyətlər bəxş edən xalası oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev cənablarıdır. Bu günə kimi Vüsal Nuriyev haqqında sosial şəbəkələrdə və internet media orqanlarında müxtəlif səpkili xəbərlər geninə-boluna yayılıb. Xüsusən də onun nərmingüllər şərabına aludə olduğunu bilməyən yoxdur.

Maraqlıdır ki, hətta bir müddət əvvəl onun xidməti "Hunday” 90-AG 303 dövlət nömrə nişanlı avtomobili ilə qəza törətdiyi, hadisə zamanı bir vətəndaşın öldüyü haqqında da məlumatlat mediada yayılmışdı.

Görünür cənab DGK sədri Səfər Mehdiyev xalası oğlunu yığıb-yığışdırmaq əvəzinə, əksinə onu tumarlayaraq, etdiyi əməllərin bir növ sığallamaqla məşğuldur.

Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Vüsal Nuriyev Qərb Baş Gömrük idarəsinin 1-ci müavini İsa Quliyevlə əlbir olub, ölkədə dəri məmulatları ilə məşğul olan şirkət rəhbərləri ilə sövdələşməyə gedərək, dəri məmulatlarını tullantı adı altında ölkədən ixrac edir. Amma "Burda mənəm, Bağdatda kor xəlifə” prinsipii lə işləyən Vüsal Nuriyevin bu əməli üzə çıxır.

Nəticədə bunların tullantı adı altında xaricə ixrac etdikləri dəri məhsulları labarotoriyalara göndərlərək bu məhsulların tullantı deyil, həqiqi saf dərilər olduğu, əmtə dəyəri yüksək olan dəri məmulatları olduğu təsdiqlənib.

Məlumata görə ,bu hadisənin üstünün açılmasına baxmayaraq, DGK-nin Baş Tədqiqat İdarəsinin rəisi Mənsum Rəsulovun təzyiqi nəticəsində ört-basdır edilir. Davamlı olaraq, Səfər Merhdiyevin qoruması altına girən Vüsal Nuriyev bu tip qanun pozuntuları törətməsinə baxmayaraq, cəzalanmaqdan yayına bilir. Bu xüsusda görünən odur ki, Səfər Mehdiyevin xalası oğlunun əməlləri hələ çox davam edəcək. Bunun da səbəbi DGK-nin sədrinin birbaşa göstərişi ilə, onun müxtəlif növ dəri məmulatlarını, tullantı adı altında ölkədən çıxarması ilə bağlı faktı ört-basdır etməsidir.

Bizimxeber.az bildirir ki, Gömrük əməliyyatlarına ciddi nəzarət mexanizmi həyata keçirilməsi üçün yaradılan İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbəri Azər Məmmədov yenı baş verənlərə susmaqla, göz yummaqla kifayətlənir.

Dəri biznesinin kifayət qədər ciddi və gəlirli olduğunu nəzərə alsaq o zaman bu işbazların milyonları necə asanlıqla qazandığının şahidi olmuş olarıq. Belə çıxır ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və rəhbərliyi Gömrükdəki monopolist məmurların nəzarəti altındadır və fəaliyyətsizdir. Hər halda görünənlər belə deməyə əsas verir. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84