. .

Səfər Mehdiyev İnam Kərimovu niyə cərimələdi?

18:43 - 27 Mart
    10981 oxunma

Dövlət Gömrük Komitəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini cərimələyib.

Bizimxeber.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən, Aqrar Xidmətlər Agentliyini 1 500 manat cərimə edib.

Qurum İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə şikayətin təmin edilməməsi barədə qərar çıxarılıb./report.az/

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84