Səfər Mehdiyev aylar əvvəl töhmət verdiyi qohumunu fəxri fərmanla mükafatlandırdı – FOTOLAR

17:43 - 31 Yanvar
    13680 oxunma

Dövlət Gömrük Komitəsində “yerlibazlıq monopoliyası”na  nə vaxt son qoyulacaq?

Bizimxeber.az bildirir ki, ötən ilin martında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin xalası oğlu, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunun rəisi, gömrük xidmət polkovniki Vüsal Nuriyevin “90-AG-303” dövlət nömrə nişanlı, “Hundai Sonata” markalı maşınla paytaxtda öz əməkdaşı ilə birlikdə avtoqəza törətməsi barədə  mətbuatda informasiyalar dərc edilmişdi. Hətta buna görə, Vüsal Nuriyev töhmət almışdır. Hadisə baş verəndən sonra V.Nuriyevə cinayət işi açılsa da, sonradan bu barədə heç bir məlumat verilmədi.

30 yanvar  2021-ci il tarixdə  Gömrük işçilərinin peşə bayramı ilə əlaqədar təltif olunanlar arasında Vüsal Nuriyevin də adı var. Cənab Sədrin  Fəxri Fərmanla təltif edilənlərin siyahısda  öz qohum-əqrabasına  “stavka” etməsi gözləniləndir.

O səbəbdən ki, hələ Kəmaləddin Heydərovun rəhbərlik etdiyi dövrdən üzübəri bu qurumda daim yerlibazlıq və qohumbazlıq prinsipləri əsas götürülüb. Görünən odur ki, Dövlət Gömrük Komitəsi instusional islahatların aparılmasına və idarəetmədə həyata keçirilən islahatlara rəğmən hələ də “yerlibazlıq”  azarından qurtula bilmir. /tia.az/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84