Şəfəq Hüseynli: "Müharibədə yaralanmış idmançı dopinq qəbul edibsə..."

13:20 - 22 Dekabr
    1590 oxunma

"Vətən müharibəsində 478 idmançı iştirak edib". Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.

AMADA rəsmisi bildirib ki, onlardan 54 nəfəri şəhid olub, 51-i isə yaralanıb. Ş.Hüseynli yaralanmış idmançılardan bəzilərinin qadağan edilmiş maddələrdən yararlanmasının mümkünlüyünü diqqətə çatdırıb: "Müharibə şəraiti tam fərqlidir. Döyüşlərdə yaranlanan idmançılar əvvəlcədən müraciət edə bilməsələr də, sonradan müraciət edə bilərlər. Yaralanan idmançı müalicə zamanı qadağan olunmuş maddədən istifadə edibsə, bizə bildirməlidir”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84