SDU-da Magistrantların XX Respublika elmi konfransı onlayn formada öz işinə başladı

20:57 - 02 İyun
    635 oxunma

İyunun 2-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Magistrantların XX Respublika elmi konfransı onlayn formada keçirildi. Konfransa sədrlik edən rektor professor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı və bəşəriyyəti vahiməyə salan koronavirus pandemiyasının dünya dövlətlərinə hərtərəfli ciddi zərər vurduğunu bildirdi.

Qeyd etdi ki,qlobal problemin fəsadları dünya ölkələrində həm də iqtisadi və maliyyə böhranı yaradır. Ancaq bəzi dövlətlər qabaqlayıcı tədbirlər görməklə bu qlobal böhrandan az itkilərlə çıxmağa çalışırlar.

Belə ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın bir çox böyük dövlətlərdən fərqli olaraq pandemiyaya qarşı mübarizəsi effektiv nəticələr verir.Prezident cənab İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə dərhal ciddi reaksiya verməsi qısa vaxtda gördüyü işlər analoji mübarizə aparanlar üçün nümunəyə çevrildi. Dövlət başçısının vaxtında apardığı islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major situasiyada bu addımlar öz önəmini göstərdi. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas əhali qruplarına dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir.

Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisə açıldı. Eyni zamanda, ölkədə dezinfeksiyaedici məhsullar, spirt və digər qoruyucu vasitələr istehsal olundu, bununla da pandemiyada bu məhsulların xarici idxaldan asılılığı minimuma endirildi. Pandemiya ilə mübarizədə müasir avadanlıqla təchiz edilmiş yeni tibb müəssisələrinin açılışı da mühüm rol oynadı. Rektor onu da bildirdi ki, Azərbaycan pandemiyanın nəticələrinin təsərrüfat subyektlərinə mənfi təsirinin qarşısını almaq üçün uğurlu bir model qura bildi. Ən əsası isə, mənəvi dəstək, "Biz birlikdə güclüyük!” kimi müdrik çağırış bu vəziyyətdən ən az itki ilə çıxmağımıza səbəb oldu.

Görülən bütün bu işlər sübut etdi ki, Prezident cənab İlham Əliyev hər şeydən çox, xalqın sağlamlığını düşündü. O, öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu bir daha sübut etdi.Rektor onu da qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevlə bərabər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də Azərbaycan təhsilinin tərəqqisi xüsusi yer tutur. Başda Mehriban xanım olmaqla, Heydər Əliyev Fondunun karantin dövründə yüz minlərlə aztəminatlı ailələrə ərzaq yardımı etməsi Ulu öndərin adını daşıyan fondun hər bir Azərbaycan vətəndaşının yanında olduğunu bir daha sübut etdi.

Rektor konfransın əhəmiyyətindən danışdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən bəhs etdi.

Bildirdi ki, Ulu öndər istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermiş, onun zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinə xüsusi diqqət yetirmişdir.

Elmə və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında böyük dönüş yaratdı. Danılmaz faktdır ki, Ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizdə, o cümlədən Sumqayıt Dövlət Universitetində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, bütün lazımi şərait yaradılmışdır.

Rektor onu da vurğuladı ki, tələbələrimiz müxtəlif ölkələrdə Respublika və Beynəlxalq konfranslarda yaradıcı ezamiyyətlərdə olur, Azərbaycan elmini yüksək səviyyədə təmsil edirlər.Gənclərin elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən Magistrantların Respublika elmi konfransında iştirak edənlərin sayının ildən - ilə artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Belə konfransların keçirilməsində məqsəd gələcək nəslin elmə marağının artmasına və gənclərin hərtərəfli inkişafına xidmət edir. Rektor onu da qeyd etdi ki, bu il keçirilən konfransa Respublikamızın 12 Elm və təhsil müəssisələrindən 900-ə yaxın məruzə materialları daxil olmuşdur. Məruzə materiallarının ilkin ekspertizasından sonra 777 tezis konfransın gündəliyinə daxil edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur. Bu, ilk növbədə magistrantların elmi konfranslara maraqlarının artmasının nəticəsidirsə, digər tərəfdən, bu konfransı təşkil edən Təşkilat komitəsinin apardığı ardıcıl və səmərəli işinin göstəricisidir.

Rektor onu da diqqətə çatdırdı ki, bu gün Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin önəmli prinsipləri sırasına daxil edilərək təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Həmçinin elm və təhsilin inkişaf strategiyasının uğurla reallaşmasında Heydər Əliyev Fondunun, onun rəhbəri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın kifayət qədər böyük əməyi var. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzuladı.

Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov ənənəvi olaraq hər il SDU-da keçirilən konfransı müsbət dəyərləndirdi. Heydər Əliyevin gənclər siyasətindən, xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik və dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində Ulu öndərin xidmətlərindən danışdı.

Plenar iclasda çıxış üçün söz müxtəlif universitetləri təmsil edən magistrantlara verildi. Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Babək Ağazadə “Tikiş maşınlarında ilmə əmələgəlmə proseslərinin və mexanizmlərin analizi” , Bakı Dövlət Universitetinin magistrantı Sevinc Verdiyeva “Qısamüddətli fiziki yükün postnatal dövrdə dovşanların qanında şəkər səviyyəsinin dinamikasına təsiri”, Sumqayıt Dövlət Universitetinin magistrantı Günel Haqverdi “Fərhad Zeynalovun dilçilik görüşlərində tərz kateqoriyası anlayışı”, Bakı Slavyan Universitetinin magistrantı Hürzət İskəndərova “Tarixizmlər və onun məna qrupları” , Mingəçevir Dövlət Universitetinin magistrantı Şəlalə Səfərəliyeva “Sürüşən ədədi orta üsulundan istifadə etməklə istehsalın proqnozlaşdırılması”, Sumqayıt Dövlət Universitetinin magistrantı Həsən Əhmədov “Tarix təlim metodlarının mahiyyəti” mövzularında məruzə ilə çıxış etdilər.

Onlar da öz növbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Magistrantların XX Respublika elmi konfransının təşkilində SDU-nun rektoru professor Elxan Hüseynova və konfransda əməyi keçən bütün təşkilat komitəsinə təmsil etdikləri universitet rəhbərlikləri adından dərin təşəkkürlərini bildirdilər.

Konfransda Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov konfransın gedişatı barədə məlumat verdi. Bildirdi ki, konfransda ən mütəşəkkil iştirak edən universitetlərdən Sumqayıt Dövlət Universiteti- 257, Azərbaycan Dövlət İqtisad Universiteti- 255, Bakı Slavyan Universiteti- 162, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti- 57, Bakı Dövlət Universiteti- 24, Mingəçevir Dövlət Universiteti- 15 və digər elm və təhsil müəssisələrinin adlarını sadalamaq olar.

Qeyd edək ki, konfrans işini bölmələr üzrə iki gün videokonfrans formatında davam etdirəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84