Saxta sənədlə mənzil almış jurnalistlərdən evi necə geri alına bilər?

12:12 - 21 Yanvar
    6840 oxunma


"Jurnalistlərin binasında mənzil almaq üçün saxta sənəd verənlər də məsuliyyət daşıyır”. Bunu açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov ikinci binada KİV nümayəndələrinə mənzillərin verilməsi qaydaları və şərtlərinin pozulması faktlarına aydınlıq gətirərkən deyib.

Vəkilin sözlərinə görə, həmin şərtlərdən kənar ev alan jurnalistlərin hər biri məsuliyyət daşıyır: "Axırıncı iş yerində 5-6 ay işlədiyi müddətdə ev alıblarsa, onlara həmin evi verənlər də məsuliyyətə cəlb olunmalıdır. Jurnalistlərə evi bağışlanmaq müqaviləsi üzrə veriblər. Dövlət bu halda həmin müqavilənin etibarsız, əhəmiyyətsiz sayılması əsasında məhkəməyə müraciət edə bilər ki, evi jurnalistlərin əlindən ala bilsin”.

Qeyd edək ki, ikinci binada KİV nümayəndələrinə mənzillərin verilməsi üçün əsas qaydalar və şərtləri açıqlanmışdı. Ev almaq üçün namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir./Qaynarinfo/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84