Saxta sənədlə 10 min manat kredit götürənlər saxlandı

17:42 - 29 Aprel
    845 oxunma

Azərbaycandakı banklardan biri iki nəfərdən saxta sənəd qəbul edərək, onlara 10 min manat kredit verib.

 Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Bankın əməkdaşları fırıldaqçılıq barədə aprelin 28-də polisə xəbər veriblər. Məlum olub ki, 2019-cu ilin iyun ayında 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini E.Mirzəyev və onun zamini, 1988-ci il təvəllüdlü, Şəki rayon sakini T.Məmmədov maliyyə qurumuna müraciət edib.

Onlar özlərini hərbi qulluqçu kimi qələmə verərək, banka saxta sənəd təqdim ediblər. Həmin şəxslər 10 min manat kredit götürdükdən sonra yoxa çıxıblar. Şübhəsiz, həmin şəxslər kredit borcunu qaytarmağı ağıllarına belə gətirməyiblər.

Nəsimi Rayon Polis Şöbəsi hadisə ilə bağlı araşdırma aparır, hələlik faktla bağlı tutulan yoxdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84