Sarkisyanın Aprel döyüşlərindəki vədi ifşa olundu

11:59 - 17 Fevral
    8560 oxunma


Loading...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçmiş prezident Serj Sarkisyanın yerli telekanallara verdiyi son müsahibəsində səsləndirdiyi növbəti yalanı ifşa edib. 

Sarkisyan bildirib ki, 2016-cı il Aprel döyüşlərində guya Azərbaycan Ermənistanın güclü əks-hücumu nəticəsində geri çəkilib və müharibəni dayandırmaq üçün Rusiyaya müraciət edib.

Qriqoryan isə bəyan edib ki, döyüş əməliyyatlarının dayandırılmasına Sarkisyanın işğal olunmuş əraziləri Azərbaycana qaytaracağına söz verməsi səbəb olub. “Aprel döyüşləri erməni tərəfinin vədlərindən sonra dayandırıldı”, - deyə “Azatutyun” radiosu Armen Qriqoryandan sitat gətirib.

“2016-cı ilin yayında vədlərin yerinə yetirilməsinə dair müəyyən bir cədvəl nəzərdə tutulmuşdu. Ancaq Sarkisyan iyulun 17-də İrəvanda silahlı bir qrup tərəfindən polisin patrul və gözətçi xidmət alayının ələ keçirilməsi və onun ardınca baş verən proseslərdən istifadə edərək vədlərin icrasını 2017-ci ilin aprelinə təxirə sala bildi. Çoxsaylı vədlər verərək, Ermənistan üçün belə bir yük yaradan bu şəxs postu tərk edir və sonra gəlib “mən imzalamağa hazır idim, bəzi addımlar atmağa hazır idim”,- deyə açıqlamalar verir. Bu əsnada açıq şəkildə bildirirəm ki, onun verdiyi vədlərə və yaratdığı çıxılmaz nöqtələrə görə biz ciddi problemlərlə qarşılaşdıq”, - deyə Qriqoryan qeyd edib.

Qriqoryan Sarkisyanın Aprel döyüşlərində qalib gəldiyini iddia etməsinə, eyni zamanda güzəştə getməyə hazır olduğunu bildirməsinə təəccübləndiyini dilə gətirib: “Sarkisyan güzəştə getməyə hazır olduğunu deyir. Bəs iddia etdiyi kimi “müharibəni qazanan” bir şəxs niyə güzəştə getsin? Bu məntiqə sığmır”.

Jurnalist Qriqoryandan Serj Sarkisyanın Aprel döyüşlərindən sonra nə vəd etdiyini soruşduqda “Yəqin ki, Sarkisyan özü buna daha dəqiq cavab verə bilər, amma Aprel müharibəsi dayandırıldı və bunun ardınca həmin razılaşmaların yerinə yetirilməsinə dair bir cədvəl hazırlandı. Bu vədlər Azərbaycan tərəfini qane edirdimi? Əgər Azərbaycan hərbi əməliyyatları dayandırdısa, deməli vədlər qane edirdi”, - deyə bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84