Sarkisyandan etiraf: “Qarabağa görə mənə iki dəfə pul təklif olundu”

15:46 - 16 Fevral
    11480 oxunma

“Əliyev Qarabağ ətrafında yeddi rayonun qaytarılmasına görə iki dəfə pul təklif edib”. Bu barədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Armnews” saytına müsahibəsində Azərbaycanın beş rayonun qaytarılması üçün Belarus prezidenti vasitəsilə 5 mlrd. dollar təklif etməsinin doğru olub-olmaması barədə sualın cavabında deyib. 

“Deməliyəm ki, bu, ilk söhbət deyildi. Mənim əvvəllər də Əliyevlə belə söhbətim olub”, – Sarkisyan deyib. 

“Əliyev bu pulları şəxsən özü təklif edib?” dəqiqləşdirici sualın cavabında Sarqsyan deyib: “Yox, belə olmayıb, sadəcə, belə deyilib”. O, Paşinyanın bu təklifi qəbul etdiyini istisna etməyib. “Ən azı məlum oldu ki, Əliyev və Paşinyan gizli danışıqlar aparıblar. Bu danışıqları kimin apardığı, erməni tərəfini operativ əlaqə ilə kimin təmin etdiyi, Paşinyana məktubu kimin verdiyi məlumdur”.

Sarkisyan 2018-ci ildə istefadan sonra ilk müsahibədən öz hərəkətlərinə haqq qazandırmaqdan ötrü istifadə edib. Onun idarəçiliyi dövründə inzibati-ərazi bölgüsü haqqında qanun niyə qəbul edilmişdi? Belə ki, hazırda Azərbaycanla sərhəd bu qanuna əsasən çəkilir. Bu sualın cavabında o deyib: “O vaxt biz öz qanunlarımızı  yaza və həmin qanunlarla Dağlıq Qarabağ Respublikasının müstəqil mövcudluğuna rəsmi xarakter verə bilmədik. Biz yaz bilmədik ki,  Ermənistanın qonşusu Dağlıq Qarabağ Respublikasıdır”.

“Bəs niyə yazdınız ki, bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhəddidir? Bunun cavabında qeyd edib ki, “biz başqa cür yaza bilməzdik, çünki bu, Dağlıq Qarabağ Respublikasının qismən tanınması demək olardı, tanınma isə danışıqlar prosesinin dayandırılması demək olardı”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84