. .

Sarkisyan müxalifətin istəmədiyi  düzəlişləri imzalamadı 

11:31 - 12 Aprel
    11612 oxunma

Ermənistan prezidenti Armen Sarkisyan Məhkəmə Məcəlləsindəki düzəlişləri imzalamayaraq Konstitusiya Məhkəməsinə göndərib.

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Sarkisyan ekspertlər, Ali Məhkəmə Şurasının nümayəndələri, Ədliyyə Nnaziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə məsləhətləşmələr aparıb. Qərara alınıb ki, məhkəmə islahatları sistemli şəkildə, beynəlxalq təcrübə, ekspert qiymətləndirilməsi və aktual problemlərin həllini nəzərdə tutan inkişaf strategiyası əsasında aparılmalıdır. 

"Qanunla təklif olunan tənzimləmələr situativ xarakter daşıyır və hüquqi müəyyənlik, adekvatlıq, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı prinsip və tələblərə uyğunluq baxımından problemlidir", - deyə Sarkisyan qeyd edib.

Qeyd edək ki, Ermənistan parlamenti hökumətin məhkəmə Məcəlləsinə düzəlişlər layihəsini qəbul edib. Qanun cinayət işləri üzrə hakimlər arasında məhkəməyədək icraat üzrə ayrıca ixtisaslaşmanın tətbiq edilməsini nəzərdə tutur. Bu hakimlər işlərə mahiyyəti üzrə baxılmadan əvvəl baxacaqlar. Onlar həmçinin əməliyyat-axtarış fəaliyyətinin, o cümlədən axtarışların keçirilməsi haqqında vəsatətlərə baxacaqlar.

Ölkə müxalifəti isə bildirir ki, bu dəyişikliklər vasitəsilə Ermənistan höküməti məhkəmə sisteminin müstəqillik dərəcəsini azaltmağa və həbsə dair qərar qəbul edəcək sərbəst hakimlər ordusu yaratmağa çalışır. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84