Saray bələdiyyəsi 8 min cərimələnə bilər

15:29 - 14 Sentyabr
    795 oxunma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar bölməsinə Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki gölün ətrafına tullantıların atılması və yandırılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Saray bələdiyyəsi barəsində protokol tərtib olunub və onun hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Abşeron rayon Məhkəməsinə göndərilib: “Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə məcburi göstəriş verilib”. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84