“Samsung”un rəhbəri həbs edildi

12:19 - 18 Yanvar
    4880 oxunma


Loading...

Seul Ali Məhkəməsinin qərarına əsasən, “Samsung Electronics”in vitse-prezidenti, “Samsung Group”un əsas varisi və konqlomeratın faktiki rəhbəri Li Ce Yon rüşvət verdiyinə görə 2 il 6 ay müddətinə həbs cəzası alıb. 

Bizimxeber.az “Rönhap” agentliyinə istinadən xəbər verir ki, o, məhkəmə salonunda nəzarətə alınıb.

Cənubi Koreya prokurorları Li Ce Yonun 2014-cü ildə konglomerata nəzarəti ələ keçirmək üçün qeyri-qanuni səhm fırıldaqlarında və korporativ birləşmələrdə ittiham edir. Bildirilib ki, o bu müddətdə bir sıra “Samsung” törəmə şirkətlərinin birləşməsi üçün dövlət dəstəyi müqabilində keçmiş prezident Pak Kın Henin yaxın dostuna 8.9 milyard von (təqribən 8 milyon dollar) rüşvət verib.

Qeyd edək ki, Cənubi Koreyanın keçmiş Prezidenti 2017-ci ildə rüşvət, vəzifədən sui-istifadə və konqlomeratlarla əlaqələrinə görə impiçment olunaraq vəzifəsindən kənralaşdırılmış və 10 il müddətinə həbs cəzasına məhkum edilmişdi.

O zaman Li Ce Yon da 5 il həbs cəzasına məhkum edilmiş, lakin 2018-ci ilin fevralında məhkəmənin apellyasiya şikayətinə baxması ilə sübut olunmuş rüşvətin miqdarı azaldılaraq, 5 illik həbs cəzası şərti cəza ilə əvəz edilmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84